Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-11 15:38:00
Yeni tədris ilinin astanasında    

Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri yekunlaşmaq üzrədir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindəAzEdu.az-a bildirilib ki, hazırda təmir-tikinti prosesi yekunlaşmış məktəblərdə son tamamlama işləri görülür, avadanlıqların quraşdırılması həyata keçirilir.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.