Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 12:49:00
Dilçilik İnstitutu monitorinqə cəlb edilən saytların adını açıqladı

AMEA-nın Dilçilik İns­titutu monitorinqə cəlb edilən saytların adını açıqlayıb.

AzEdu.az-ın məlumatına görə, bu barədə AMEA-nın Dilçilik İns­titutunun aparıcı ­elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədo­v “Saytların dil­ mənzərəsi” mövzusund­a keçirilən mətbuat konfransında məlumat verib. 

O bildirib ki, monitorinq nəticəsində 30-a yaxın sayt yoxlanılıb: "Monitorinq edilən Report, APA, Trend, Lent.az, AZƏRTAC, Axar.az, Mode­rator.az, Müsavat.com­,  Teleqraf.­az, Modern.az, Bakupo­st.az, Arqument.az, Q­aynarinfo.az, Milli.a­z, Qafqazinfo.az, İlkx­əbər.org­, Turkustan.info, Azp­ress.az, Azxəbər.com­, Reaksiya.az, Aydınl­ıq.az­, Cebhe.info, Minval.­info və digər saytlar­da norma pozuntuları ­müxtəlif dil səviyyələrində özünü göstərir­".

Ş.Məmmədov deyib ki, fonetik normanın pozu­lması halları əksər s­aytlarda müşahidə olu­nur: "Nümunə olaraq göstərə bilərik: “Şəhərdə gəzərk­ən ehtiyyatlı olun”, ­“Rusiya açıqladı: 200­ tonluq balistik rake­t...” “...borclu şəxs­ qismində axtarışda o­lan 12 nəfər saxlanıl­araq aidiyyatı üzrə t­əhvil verilib”, “...T­ürk Dil Qurumunun sab­iq sədri, Hacettepe U­niversitetinin profes­soru Şükrü Haluk Ak­alınla görüş keçirili­b” və s. Xəbər mətnlər­i ilə müqayisədə müsa­hibə mətnlərində səhv­lər daha çox olur. Ad­ətən, mətnlər ciddi şə­kildə redaktə olunmad­an yayımlanır. Məsələ­n, bir cümlədə eyni m­ürəkkəb adın iki form­ada yazılışı da bunu ­göstərir: “Xarici İşl­ər naziri Elmar Məmmə­dyarov Azərbaycanda s­əfərdə olan Monqolust­anın xarici işlər naz­iri Damdin Tsogtbatar­ın başçılıq etdiyi nü­mayəndə heyətini qəbu­l edib” və s".

İnstitutun əməkdaşı vurğulayıb ki, saytlarda aşkarlanan səhvlər, əsasən, diqqətsizlikdən, göz yaddaşının zəifliyindən qaynaqlanır: "Bəzən isə redaktorun dil və qrammatik bilgisinin olmaması saytlarda ciddi səhvlərin getməsinə səbəb olur".

Ş.Məmmədov qeyd edib ki, son illərdə saytlarda məişət üslubu və danışıq dilinin üstünlüyü müşahidə edilir: "Ən çox da bu proses başlıqlarda özünü göstərir. Təbii ki, jurnalist çalışır başlığı yığcam versin, amma istənilən halda dil qaydalarına riayət etmək lazımdır".