Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 12:26:00
Gələcəkdə yaranacaq yeni peşələrin adları açıqlandı

Texnologiyanın inkişaf etdiyi, rəqəmsal qurğuların həyatımızın bir hissəsinə çevrildiyi vaxtda Rəqəmsal dəyişiklik müşaviri Murad Erdör gələcəkdə yeni peşələrin yaranacağını bildirib. O bu peşələri belə sıralayıb.

AzEdu.az həmin sahələri təqdim edir.

Rəqəmsal Detektiv

Gələcəkdə məlumatların işlənməsi və saxlanması tamamilə kompüter sistemləri vasitəsilə və rəqəmsal mühitdə olacaq. Rəqəmsal mühitdə məlumat saxlama, prosedur  və təhlükəsizlik məsələləri həm şirkətlər, həm də fərdlər üçün daha da əhəmiyyət daşıyacaq. Bu sahədə ixtisaslaşmış kadrlara da ehtiyac  artacaq. "Rəqəmsal Detektiv" kimi  səciyyələndirməyə başlanan bu ixtisas qrupunda ixtisaslaşacaq çalışanlara da gələcəkdə artıqlaması ilə  ehtiyac yaranacaq.

Zibil mühəndisi

Dünya əhalisinin və istehlakın artması ilə ortaya çıxan tullantı problemi və bunların düzgün şəkildə çevrilməsi  zibil mühəndisliyi adlı yeni peşənin yaranmasına səbəb olacaq. Massaçusets Texnologiya İnstitutu, Kembric  və Stanford Universiteti kimi  məşhur ali təhsil müəssisələri  proqramlar açaraq, bu sahədə  ilk addımlar atmağa artıq başlayıblar.

Alternativ enerji müşaviri

Günəş, külək və hidroelektrik enerji alternativ olaraq günümüzdə də istifadə edilir. Ancaq bu variantlar hələ də tələbata tam cavab verə bilmir. Gələcəkdə ev, iş yeriniz, sosial sahələrinizə və hətta  yaşadığınız şəhər üçün ən doğru yanacağı istifadə etmək mühüm əhəmiyyət daşıyacaq.  Bu məqamda "Alternativ enerji məsləhəti", dayanaqlı enerji mənbələrinin istifadəsi baxımından əhəmiyyət qazanacaq və yüksək tələbat olan peşələrdən biri olacaq.

Şəxsi Iot Təhlükəsizlik Bərpa Personalı

İnkişafını 20 il kimi qısa bir müddətdə böyük yollar qət edərək tamamlayan obyektlərin interneti, gələcəkdə daha fərqli nöqtələrdə özünü göstərməyə başlayacaq. Həyatımıza inteqrasiya olacaq bu cihazların pozulması vəziyyətində isə gələcəkdə "Şəxsi Internet of Things (Iot) Təhlükəsizlik Bərpa Personalı" adı verilən işçi qüvvəsinə ehtiyac  olacaq.  Demək olar ki, hamımızın bir və ya birdən çox Şəxsi Internet of Things (Iot) Təhlükəsizlik Bərpa Heyəti olacaq.

Tibbi Məsləhət

Gələcəkdə əməliyyatları robotlar və ya robot sistemləri edəcək. Beləliklə, həm bu tip robotların istehsalı, həm də bərpa olunmaları barədə ekspert işçi qüvvəsinə ehtiyac duyulacaq. Maşınlar və robotlar tibb sahəsini ələ keçirəcəyindən, səhiyyədə "Tibbi Məsləhət" olaraq adlandırılacaq yeni bir ixtisas qrupu ortaya çıxacaq.

Kosmos Host və ya Stüardessa

Ən yaxın kosmos stansiyasına keçiriləcək səfərlər, aya  səyahət və ya  iş ziyarəti üçün Marsa getmək  gələcəkdə bizi gözləyən ehtimallar arasındadır. Yaranacaq  yeni iş sahələri üçün insan əməyinə ehtiyac olacaq. Kosmos pilotu, Kosmos tur rəhbəri, Kosmos host və ya Stüardessa kosmos turizmi sahəsində qarşımıza çıxacaq yeni ixtisaslardan yalnız bir neçəsi olacaq.