Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-10 16:16:00
“İxtisas seçimi zamanı buna xüsusi diqqət edin” – Məleykə Abbaszadədən tövsiyə

 

 

“İxtisas seçimində sıralanma sizin istəyinizi əks etdirir. İlk seçdiyiniz ixtisasa qəbul olunursunuzsa, digərlərinin bir mənası qalmır. Bunun üçün isə daha çox ilk yazdığınız ixtisaslara diqqət edin”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə canlı yayım zamanı bildirib. O, ixtisas seçimi zamanı  II ixtisas qrupunda diqqət edilməli məqamı da açıqladı:

 

 “Əvvəldən dəqiqləşdirin ki, hansı ixtisas, hansı universitet, ödənişli və ya ödənişli əsaslarla təhsil düşünürsünüz. Bir ixtisası seçəndə onun keçid balı topladığınızdan baldan biraz yüksəkdirsə yazmaq olar.

 

II ixtisas qrupunda bu istiqamətdə vəziyyət qənaətbəxşdir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları