Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-10 14:49:00
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək – DİM sədri

 

 DİM sədri Məleykə Abbaszadə ödənişli ixtisasa qəbul olub, ödənişi dövlət tərəfindən edilən şəxslərin siyahısını açıqlayıb:

 

“Abituriyentlər üçün müəyyən sosial yönümlü addımlar atılıb. Hökumətin qərarına uyğun təhsil haqqından azad olan şəxsləri açıqlayıram:

 

Şəhid ailəsi statusu ailənin üzvü;

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 23 yaşadək abituriyentlər;

 

Məcburi köçkün statuslu şəxslər ;

 

I və II dərəcəli əliliyi olan şəxslər və  sağlamlıq imkanları məhdud olan 18 yaşadək şəxslər;

 

Sosial baxımdan həssas olan ailənin üzvləri-işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyaçılar və əmək müavinəti alanların övladları təhsil haqqından azad olunurlar”.

 

AzEdu.az xəbər verir ki,  həmçinin bu cədvəl DİM-in saytında yerləşdiriləcək.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları