Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-10 13:34:00
Bu abituriyentlər ixtisas seçiminə buraxılmır – Diqqət!  

 

Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərq varmı, yoxsa bunlar eynidir?

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, bunlar təmamilə fərqli anlayışlardır. Müsabiqə şərti DİM tərəfindən bu və ya digər ixtisas qrupu, yaxud ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir.

 

Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Tutaq ki, cari ildə II ixtisas qrupunda imtahan verən hər hansı abituriyent qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında)

 

200 bal, ikinci mərhələsində isə 40 bal, cəmi 240 bal toplayıb. Göründüyü kimi, onun qəbul imtahanının ikinci mərhələləsi üzrə balı 50-dən azdır. Bu halda mövcud müsabiqə şərtini yerinə yetirmədiyinə görə onun müsabiqədə iştirak etmək hüququ olmayacaq. Keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir.

 

Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı,  həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 60 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 250 nəfər göstərib. Bu zaman həmin 250 ən yüksək bal toplayan 60 abituriyent bu ixtisasa qəbul edilir və 60-cı abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları