Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 11:38:36
Dövlət Proqramı çərçivəsində təhsilalanların qeydiyyatı davam edir

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüləri hər tədris ilinin sonunda qeydiyyatdan keçməlidirlər.


AzEdu.az xəbər verir ki, Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələr hər tədris ilinin sonunda qeydiyyatdan keçmək məqsədilə Təhsil Nazirliyinə (TN) gəlmədən aşağıdakı sənədləri (ali təhsil müəssisəsinin imza və möhürü ilə) TN-nin əməkdaşı Nərmin Bağırovanın ([email protected]) elektron poçt ünvanına göndərməlidir:


1.Təhsil alanın cari tədris ilini müvəffəqiyyətlə bitirərək növbəti tədris ilinə keçməsini təsdiq edən ali məktəbin rəsmi sənədi.
1.1.Sənəddə növbəti tədris ilinin başlama və bitmə tarixləri (gün, ay və il göstərilməklə) qeyd olunmalıdır.
2.Cari tədris ilinin qiymət cədvəlindən rəsmi çıxarış (transkript).
3.Növbəti tədris ilinin təhsil haqqına dair rəsmi invoys (olduğu təqdirdə).
Göstərilən sənədlər səliqəli şəkildə "skan” edilərək adlarına uyğun olaraq qeyd edilməlidir.
Göndərilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə tərəfimizdən təhsil aldığınız ali məktəbə sorğu göndəriləcəkdir.


Diqqət! Türk, rus və ingilis dillərindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunaraq təqdim olunmalıdır.
Diqqət! Yalnız sənədləriniz tam şəkildə qeydiyyata alındıqdan sonra növbəti tədris ili üçün yaşayış və təhsil xərclərinizin ödənişi mümkün olacaqdır.

Gediş-gəliş biletləri ilə bağlı

Qeydiyyatı uğurla başa vurmuş tələbələr gediş-gəliş biletlərinin əldə olunması üçün Nərmin Bağırovanın ([email protected]) elektron poçt ünvanına səyahət edəcəkləri istiqamətlər (misal üçün "Bakı-Toronto-Bakı”) qeyd olunmaqla müraciət etməlidirlər.
Sifariş məktubları hazır olduqda sizə fərdi qaydada elektron məktub ünvanlanacaqdır.
Müraciətinizin dəyərləndirilməsi üçün ən azı 15-20 iş günü tələb olunur.

Son qeydiyyat tarixi: 30.09.2018-ci il


Ünvan:
Xəzər MMC
Bakı ş., Azadlıq pr. 36,
(28 May metrosunun II çıxışının yanı)

Tel: 012 4494361, 012 4187878