Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 11:36:59
Dünya məktəblərində qeyri-adi qadağalar – Şagirdlər nələri edə bilməzlər?  

Məktəblərdə uşaqları cəzalandırmaq üçün müxtəlif metodlardan istifadə olunur.

AzEdu.az dünya ölkələrində tətbiq olunan müxtəlif cəza qaydalarını təqdim edir:

Az dost qaydası

İngiltərədə bu cəza dəcəlliyə görə tətbiq olunmur. İngilis pedaqoqlar şagirdlərin çox dostlarının olmasını onlara zərər verəcəyini düşünürlər. Bunu  tam olmayan dostluğun yaxşı uşaqlıq dövrü keçirməməsinə səbəb olacağı istiqamətində açıqlayırlar;

Boyadılmış saç qadağası

Türkiyə və Tokioda tətbiq olunan cəzaya görə,  uşaqların saçları təbii rəngində olmalıdır. Hətta buna görə, valideynlərdən uşaqların əvvəlki fotoşəkillərini belə isəyirlər;

Pis söz qadağası

Nyu-Yorkda kasıblıq, yoxsulluq, ya da boşanma kimi bəzi sözlərin işlədilməsi qadağandır. Bu sözlərin uşaqlara pis təsir göstərəcəyi güman edilir;

Qırmızı mürəkkəb qadağandır

Qadağalar içərisində ən elmi olanı bu metoddur. Avstraliyalı pedaqoqlar  şagirdlərə qırmızı mürəkkəb istifadəni qadağan ediblər. Onlar qırmızı rəngin uşaqlara qan və şiddəti xatırlatdığını və bu vəziyyətin uşaqlara mənfi istiqamətdə təsir etdiyini düşünürlər;

Ətir qadağası

Pensilvaniyada yerləşən bir liseydə rəhbər kadrlar şagirdlərin ətir və dezodorant istifadə etməməsi lazım olduğunu hesab edirlər;

Əl qaldırma qadağası

Bir çoxumuzun qıcıq olduğu hərəkətlərdən biri hər dərsdə söz demək üçün əl qaldırmaqdır. Nottinqhamşiredəki bir məktəbin pedaqoqları dərslərdə əl qaldırılmasını qadağan ediblər. Bu qadağaya səbəb kimi də əl qaldırma sisteminin yalnız müəyyən şəxslərin dərsdə iştirak etmələrini təmin edir kimi əsaslandırıblar.

Tualetə getmə limiti

Amerikadakı pedaqoqlar bunun şagirdlərin ən böyük həmləsi olduğunu qeyd edirlər.  Çikaqoda şagirdlərin bu müddətdə yalnız 3 dəfə tualetə getmə imkanı var.