Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-09 13:56:00
Ayağı qırıq şagirdi imtahana polislər qucağında gətirdi-Atası təşəkkür etdi

Türkiyənin Adana bölgəsində burs imtahanında iştirak edəcək ayağı qırıq şagirdi polislər qucağında daşıdı.

 

AzEdu.az türk mediasına istinadən xəbər verir ki, İsmət İnönü məktəbində çalışan mühafizə polisləri Okan Arıkan və Arzu Doğru Manap imtahana qatılan və yeriməkdə çətinlik çəkən 8-ci sinif şagirdi Əmrah Çavuşoğlunu gördülər. Əvvəlcə çiyinlərindən tutaraq dəstək verib aparmağa çalışsalar da, bunun fayda verməyəcəyini düşündülər. Çavuşoğlunun yeriyə bilməyəcəyini görüb imtahana kimi qucaqlarında daşıdılar.

 

İmtahan bitdikdən sonra eyni qayda da qucaqlarına alaraq məktəbin qapısında atasına təhvil verdilər. Bu zaman çöldə övladlarını gözləyən valideynlər polisləri alqışladı. Polislərin onu bu şəkildə daşımasından təəccüblənən Əmrah Çavuşoğlu da onlara təşəkkür etdi. Çavuşoğlunun atası bu fikirləri səsləndirdi:

 

“Hər biri haqqını halal etsin. Allah onlardan razı olsun. Yenə vətəndaşın yanında olduqlarını sübut etdilər”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları