Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-09 12:42:00
700 bal toplayan abituriyentlər bu universitet və ixtisasları seçəcəklər – BANM və ADA

 

 

Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır.

 

İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq.

 

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər.

 

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını www.eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

 

Bu il qəbul imtahanında 700 bal toplayan ilk məzun Bakı şəhər Binəqədi rayonu 276 saylı orta məktəbin sagirdi Əziz Kərimli oldu.

 

I qrup üzrə isə  Hüseyn Abdullayev 700 bal toplayıb. Onlar buraxılış imtahanından 300, qəbul imtahanından 400 bal toplayaraq ümumilikdə 700 ballıq nəticə göstəriblər.

 

AzEdu.az 700 bal toplayan abituriyentlər Azedu.az-a açıqlamasında bu ixtisasları  seçəcəklərini bildiriblər:

 

Əziz Kərimli:  “Qərarım dəyişməyib, sabah başlayacaq seçimdə ADA universitetində Hüquqşünaslıq ixtisasını seçəcəyəm”.

 

Hüseyn Abdullayev: “ Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi ixtisasını seçəcəyəm. İxtisas seçimində iştirak edəcək bütün abituriyentlərə uğurlar arzu edirəm”.

 

 

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları