Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-08 15:20:00
İmtahanlarda yoluxma halı qeydə alınmayıb – Məleykə Abbaszadə

 

 

 

“İyunun 1-dən başlayaraq, DİM 13 növ müxtəlif  kütləvi tədbirlər keçirib. Biliyin qiymətləndirilməsi istiqamətində  288637 nəfərə xidmət göstərilmişik.

 

Bütün sanitar epidemioloji qaydalara əməl olunub. İmtahanlarda heç bir virusa yoluxma halı qeydə alınmayıb.

 

Sentyabrın 10-da buraxılış imtahanı keçiriləcək. Xidmət göstərdiyimiz insan sayı 400000-ə çatacaq”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri DİM sədri Məleykə Abbaszadə mətbuat konfransı zamanı səsləndirib. O, həmçinin dövlət qurumlarına da təşəkkürünü bildirdi:

 

“Daxili İşlər Nazirliyinin əməkdaşları imtahan prosesində DİM-ə xeyli köməklik göstərib. Eyni zamanda həkimlər də çox dəstək oldular. Hər imtahanda həkimlər də iştirak edib”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları