Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 10:26:54
Şagirdlər məntiqi təfəkkürü artırmaq üçün hansı oyunları oynamalıdırlar? – Psixoloq təklifləri                                                                                                                                       

Məntiqi təfəkkür  obyektiv  gerçəkliyin qanunauyğun əlaqələrinin düzgün inikas etdirilməsi ilə əlaqədar  olan düşüncə formasıdır.

Məntiqi təfəkkür şagirdlərin düşünmə qabiliyyətləri  və intelektual səviyyələrinin yüksəltməyə, bilik və bacarıq  vərdişlərinin  daha məzmunlu, ətraflı formalaşmasına, müstəqil fikir yürütməsinə xidmət edir.  

Bəs, şagirdlərdəki bu keyfiyyəti orta məktəblərdə   necə  inkişaf etdirmək olar? 

AzEdu.az bununla bağlı uşaqlarla mütəmadi işləyən psixoloqların fikrini öyrənib.  Psixoloq  Arzu Məmmədovanın  sözlərinə görə, şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək üçün müxtəlif   test və  dərs vəsaitləri var. Lakin onlar  bundan əlavə, yaradıcı dərnəklərə yazılıb, əyləncəli şəkildə dil öyrənə, ən çox ailəylə vaxt keçirən zaman hiperaktiv oyunlar  oynaya bilərlər: 

“Bir yerdə uşaqlar yığılaraq  ürəklər, rəqəmlər,  hərflər üzərində müxtəlif cür oyunlar oynayır,  bu zaman həm məntiqi təfükkürlərini inkişaf etdirir, həm də  sosiallaşarlar.  Ümumiyyətlə,  məntiqi təfəkkürü inkişaf etdirmək üçün özəl proqramla məşğul olan  uşaqda bu, çox effektiv olmur. Uşaqlar  qrup halında, kollektiv şəkildə bu tapşırıqları icra edərsə,  uşaqlar  həm özgüvəni artırır, həm də onların təfəkkürü  daha yaxşı inkişaf edir. Çünki sosiallaşma  insanın öyrənmə prosesini daha da  sürətləndirir”.

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, məntiqi inkişaf etdirmək üçün xüsusi məntiq kurslarına getməyi məsləhət görür.  Çünki orada profesionallar işləyir və bu daha yaxşı nəticə verərdi:

“Lakin hər kəsin büdcəsinə uyğun olmadığına görə, məntiq oyunlarını internet vasitəsilə ev şəraitində oynamaq,  daha sonra yaşlarına uyğun olanını seçərək,  “puzze”lərdən  istifadə etmək  lazımdır. Məntiqin inkişafı üçün riyazi oyunlar çox  effektlidir. Bir uşağın məntiqini inkişaf etdirmək üçün ancaq bu kimi oyunlar lazımdır. Sosial fobiyası olan uşaqla qrup şəklində,özünə xas problemi olan uşağı isə  fərdi şəkildə məntiqini inkişaf etdirmək lazımdır”.

Günel Yaşarqızı