Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 10:09:54
Abituriyentlərin nəzərinə! - Qəbul imtahanlarına qeydiyyat başa çatır

Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək istəyən abituriyentlər üçün elektron qeydiyyat sabah başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu saata qədər 51.225 nəfər qeydiyyatdan keçərək ərizəsini təsdiq edib. Onlardan 47.038 nəfəri Azərbaycan, 4.187 nəfəri isə rus bölməsinin şagirdləridir. Abituriyentlərin ən çox müraciət etdikləri qruplar I və III ixtisas qruplarıdır. I  ixtisas qrupu üzrə ümumilikdə 18.903,  II ixtisas qrupu üzrə 13.191, III ixtisas qrupu üzrə 14.903, IV ixtisas qrupu üzrə isə 4.228 abituriyent qeydiyyatdan keçib.

Xatırladaq  ki, Dövlət İmtahan Mərkəzi  I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsini  keçirəcək. Qeydiyyat prosesi mayın 17-dən start götürüb.  Elektron ərizəsini təsdiq etməyən abituriyentlər imtahana buraxılmayacaqlar.