Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbi üçün 624 şagird yerlik yeni bina inşa edilir.

 

AzEdu.az-ın bölgə müxbiri xəbər verir ki, üçmərtəbəli yeni məktəb binası sinif otaqları, fənn kabinələri, kimya, biologiya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, oxu zalı, bufet, yeməkxana və digər otaqlardan ibarətdir. Hazırda binanın üçüncü mərtəbəsində dəmir-beton və hörgü işləri aparılır.

 

Məktəbin həyətində qazanxana, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları tikiləcək, idman meydançası yaradılacaq, abadlıq və yaşıllıq işləri həyata keçiriləcək. Tikinti işlərinin 2021-ci ilin may ayında başa çatdırılması nəzərdə tutulur.