Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-05 16:16:00
Mərkəzi Elmi Kitabxana rəqəmsal informasiya resurslarının yaradılmasında fəal iştirak edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın ən böyük, əhəmiyyətli universal məzmunlu zəngin ədəbiyyat fondlarına malikdir. MEK-in tarixi Azərbaycan elminin, mədəniyyətinin, ziyalılğının tarixi ilə sıx bağlıdır. Kitabxana AMEA-nın elmi potensialının informativ qüvvəsi, milli təəssübkeşlik, prinsipial vətəndaşlıq mövqeyinin təmsilçisi və təbliğatçısı olaraq strateji planlarını və modernləşdirmə imkanlarını reallaşdırmaqdadır. Hazırda kitabxanada aparılan struktur dəyişiklikləri və islahatlar kitabxana-elm qarşılıqlı əlaqələrinin modern əsaslarda məhsuldar inkişafı, elmi biliklərin qarşılıqlı inteqrasiyası diqqət mərkəzindədir.

Bu barədə AzEdu.az-a Mərkəzi Elmi Kitabxanadan məlumat verilib. Bildirilib ki, son statistik göstəricilərə görə, MEK-in fondları 5 milyona yaxın elmi-sahəvi ədəbiyyatı əhatə edir. MEK 1 milyondan artıq dövri mətbuat, Azərbaycan dilində (800 min nüsxə), rus dilində (2 milyon nüsxə), Avropa dillərində (221 min 529), Nadir nəşrlər (15 min), Şərqşünaslıq (75 min 84), Qərbşünaslıq (70 min) kimi ixtisaslaşdırılmış fondlara, şəxsi kolleksiyalara, depozitar fonda, fotosurətlər, dissertasiyalar fonduna malikdir. Qısa zaman ərzində böyük əmək sərf edilərək, kitabxanada aparılan islahatlar nəticəsində açıq rəf üsulu ilə xidmət edəcək Şərqşünaslıq, Qərbşünaslıq və Azərbaycanşünaslıq şöbələri yaradılıb, interaktiv informasiya xidməti təşkil edilib. Akademiklərin şəxsi kitab kolleksiyalarını mühafizə və təbliğ edəcək fondlar, həmçinin akademik qiraət zalı MEK-in innovativ layihələri sırasına daxildir.

 

Kitabxananın rəhbərliyi AMEA-nın Naxçıvan və Gəncə bölmələri, həmçinin Şəki, Lənkəran, Quba Elmi mərkəzlərində nəşr edilən əsərlərin qarşılıqlı inteqrasiyası və istifadəsini nəzərdə tutan Biblioqrafik Məlumat Bazasının yaradılmasını və interaktiv sərgilərin nümayişini öhdəsinə götürüb.

 

Modernləşdirmə strategiyası yalnız kitabxananın xidmət sahələrinin kompüterləşdirilməsindən ibarət olmayıb informasiya-biblioqrafiya aparatının təkmilləşdirilməsi və yenidən qurulmasını, beynəlxalq standartların tətbiqini qlobal informasiya mühiti və cəmiyyətin, elmin informasiyalaşdırılımasının müasir tələblərini əhatə edir. Pandemiyanın yaratdığı böhran vəziyyətindən çıxmaq, kitabxananın fəaliyyətini bilik və informasiya tələbatının çevik ödənilməsi səviyyəsinə gətirmək, planlaşdırma-proqramlaşdırma-maliyyələşdirmə sistemini büdcə imkanları ilə uzlaşdırmaq, daxili və xarici amilləri təhlil etməklə elmi tədqiqatların ciddi və etibarlı informasiya təminatçısı olmaq bu gün kitabxananın əsas missiyasıdır.