Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-05 12:59:00
Macarıstan hökuməti məktəblərin bağlanmaması üçün əlindən gələni edəcək

Macarıstan hökuməti məktəbləri bağlamaq lazım gəlməməsi və təhsil prosesinin normal şəraitdə keçməsi üçün əlindən gələni edəcək.

 

AzEdu.az xəbər verir ki, bu fikri Macarıstan Baş Nazirinin dəftərxana rəhbəri Gergey Quyaş söyləyib. Onun sözlərinə görə hökumət qərara alıb ki, əgər bu və ya digər tədris müəssisəsində yoluxmanın yüksək səviyyədə olması müşahidə edilərsə, məktəblər fərdi qaydada bağlana bilər.

 

G.Quyaş deyib: “Rəqəmsal təhsil sistemi gözlənildiyindən daha yaxşı nəticələr verib, lakin məktəblərin müntəzəm qrafik üzrə işləməsi hamının marağına uyğundur”.

 

İndiki tədbirlər azı bir ay qüvvədə qala bilər. Bu müddət ərzində məsləhətləşmələrdən sonra başqa variantlar nəzərdən keçirilə bilər. O qeyd edib ki, mart ayındakı vəziyyətdən fərqli olaraq indi Macarıstan səhiyyə sistemi koronavirus epidemiyasından qorunmağa hazırlaşıb, buna görə də yazdakı kimi komendant saatı tətbiq edilməsinə ehtiyac yoxdur.

 

Baş Nazirin dəftərxana rəhbəri sonda deyib: “Maska taxılmasına daha ciddi nəzarət ediləcək”.

 

Azərtac