Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-05 12:15:00
Bu gündən İranda  dərslər başlayır

İranda yeni təhsil ili bu gündən etibarən başlayıb.

 

AzEdu.az xəbər verir ki, yeni təhsil ilinin başlanması ilə əlaqədar tədbirə İran Prezidenti Həsən Ruhani və təhsil naziri Möhsün Hacı Mirzayi video-konfrans vasitəsi ilə qatılıblar.

 

İranda yeni təhsil ili ötən illərlə müqayisədə iki həftə tez başlanır.

 

Məlumatda bildirilir ki, məqsəd ötən ilin təhsil çatışmazlığını aradan qaldırmaqdır.

 

İranın Koronavirusla Mübarizə Milli Komitəsi İranda dərslərin səhiyyə protokolları əsasında keçirilməsinə icazə verib.

 

Qeyd edək ki, koronavirusun yayılması səbəbi ilə İranın bəzi bölgələrində təhsil virtual qaydada keçirilir.

 

Əlavə edək ki, İranda 19 fevralda ilk koronavirusa yoluxma halı qeydə alınıb. Ötən günədək bu ölkədə 382 772 nəfər koronavirusa yoluxub, 22 044 nəfər isə ölüb.

 

Trend