Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-04 14:23:00
AzTU magistratura səviyyəsinə qəbul olunanların nəzərinə

Azərbaycan Texniki Universiteti (AzTU) 2020/2021-ci tədris ili üzrə ali təhsilin magistratura səviyyəsinin boş qalan yerlərinə qəbul olunan bakalavrların sənədlərinin onlayn qeydiyyatına başlayıb.

 

AzTU-dan AzEdu.az-a verilən məlumata görə, bunun üçün bakalavrlar AzTU-nun rəsmi saytında yaradılmış müvafiq bölmədə qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmiş bakalavr üçün şəxsi kabinet açılacaq və sənədlərin onlayn formada universitetə təqdim edilməsi təmin olunacaq.

 

Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin skan edilmiş surəti, universiteti bitirməyə dair arayış və ya diplomun skan edilmiş surəti, ödəniş qəbzi (ödənişli əsaslarla təhsil üçün), hərbi biletin skan edilmiş surəti və ya hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin surəti, Dövlət İmtahan Mərkəzindən iş nömrəsi olan sənəd, 3x4 ölçüdə rəngli fotoşəkil (PDF, JPG) tələb olunur.

 

Müraciət edənlə təhsil müəssisəsi arasında müqavilənin imzalanması qarşılıqlı sənəd mübadiləsi əsasında (elektron formada) həyata keçiriləcək. Belə ki, bakalavr universitet tərəfindən onun şəxsi kabinetinə göndərilən müqaviləni imzalayıb yenidən şəxsi kabinetinə yükləyəcək.

 

Qeydiyyat sentyabrın 8-dək davam edəcək.