Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-04 13:26:00
Yeni tədris ilinə yeni məktəblərlə - FOTOLAR

Yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtda bir sıra məktəblər inşa olunub. Onlardan biri də rəsmi açılış mərasimi keçirilmiş 216 nömrəli tam orta məktəbdir.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş məktəb 624 şagird üçün nəzərdə tutulub. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otaqları, hərbi hazırlıq otağı, informatika kabineti, idman və akt zalları, kitabxana və yeməkxana istifadəyə verilib. Həmçinin məktəbdə videomüşahidə sistemi və fiber-optik internet quraşdırılıb.