Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-04 09:16:00
Müəllimi olmaq istəyən namizədlərin işə qəbul imtahanları davam edir

Sentyabrın 4-də informatika və texnologiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.

 

AzEdu.az xəbər verir ki, imtahanlarda 2383 namizədin iştirakı nəzərdə tutulub.

 

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

 

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!