Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 15:36:00
Tələbələr “ağ ölüm”ə savaş açılmasını tələb edir

Britaniyada tələbələrin əksəriyyəti universitet şəhərciklərində  narkotikdən istifadənin əleyhinə təşkil edilən tədbirlərin gücləndirilməsinin tərəfdarıdır.

AzEdu.az BBC-yə istinadən xəbər verir ki, bununla bağlı  Ali Təhsil Siyasəti İnstitutu (HEPİ) və Bukingem Universitetində təcrübə keçirilib.

Təcrübə nəticəsində tələbələrin 71% -nin narkotikdən qeyri-qanuni istifadə etmədikləri bəlli olub.

Lakin tələbələrin, təxminən, 40%-i universitetlərdə narkotik istifadəsi ilə bağlı problem olduğunu düşünür. HEPİ-nin direktoru Niki Hilman açıqlaması zamanı tələbələrin daha çalışqan və az hedonist olduğunu söyləyib.

Təxminən min nəfər tələbə arasında aparılan araşdırmanın nəticələrinə əsasən, tələbələr narkotik maddədən istifadəyə meylli deyillər. Təcrübələr sağlam bir nəslin olduğunu sübut edir.

Dominant mövqe budur ki, universitetlərdəki narkotik ticarətini dayandırmaq üçün sərt addımlar atılmalıdır.

Bir qisim isə düşünür ki, ali məktək rəhbərlikləri narkotikdən istifadənin qarşısını almaq üçün yetəri qədər addım atmır.

Məlumatlara görə, bir zamanlar narkotik vasitələr kifayət qədər əsas təhlükə kimi görünmürdü. Belə ki, tələbələr narkotik maddələrin istifadəsindən daha çox alkoqollu içkilərin istehlakından narahat olurdular. Lakin hazırda bununla bağlı düşüncələr dəyişib. Üstəgəl, psixotrop dərmanlardan istifadə də, vəziyyətin ciddiliyindən xəbər verir.

Bununla belə tədqiqatın nəticəsi göstərir ki, tələbələrin çoxu narkotikdən istifadəni məqbul saymır. Təhsilalanların əksəriyyəti normal təhsil üçün çalışır və narkotiki yaxına belə buraxmaq istəmirlər.

Sauşempton Universitetinin birinci kursunda oxuyan tibb tələbəsi Amy Vatson, əvvəlki nəslin indiki tələbələrdən daha çox narkotik dərman aldığı qənaətindədir.

Araşdırmalara görə, narkotik maddələr zehni sağlamlıq problemlərinə səbəb olur.

Leyla QULAMİ