Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-01 15:36:00
Füzuli rayon məktəbi üçün quraşdırılan modul tipli bina istifadəyə hazırlanır

Tezliklə Füzuli rayon 17 nömrəli köçkün tam orta məktəbi üçün quraşdırılan modul tipli bina müəllim və şagirdlərin istifadəyə veriləcək.

 

AzEdu.az xəbər verir ki, binanın tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" 2020-ci il 6 may tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilib.

 

Beyləqan rayonunun Şərq qəsəbəsində quraşdırılan 96 şagird yerlik məktəb binası 11 sinif otağı, direktor və müəllimlər otağı, sanitar qovşaqdan ibarətdir. Binaya istilik sistemi, qaz və su xətləri çəkilib. Məktəbin inventar və avadanlıqları da gətirilib. Hazırda məktəbin həyətində abadlıq işləri aparılır.

 

Qeyd edək ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.

 

Azərtac