Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-01 14:09:00
AFFA Şabranda şagirdləri sevindirdi

28 avqust 2020-ci il tarixdə AFFA-nın və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şabran rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. 

 

AzEdu.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin saytı xəbər verir ki, layihə çərçivəsində rayonun Dəvəçikənd kəndində və rayon mərkəzində 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə pulsuz idman geyimləri və futbol topları verilib.

 

Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisə seçilmiş deputat Sadiq Qurbanov, Şabran Rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov iştirak ediblər.