Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-01 12:51:00
AzTU-da I və II ixtisas qruplarını seçən abituriyentlərlə onlayn görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera Mərkəzinin və tələbə-rektor Əli Abdullazadənin təşkilatçılığı ilə I və II  ixtisas qruplarını seçən abituriyentlərlə onlayn görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə Bakının 275, 302, 328, 18, 165 nömrəli orta məktəblərinin və akademik Zərifə Əliyeva adına Liseyin builki məzunları iştirak edib.  Abituriyentlərə AzTU-nun fakültələri və ixtisasları, universitetin təhsil və karyera imkanları, tələbələrin sosial həyatı barədə məlumat verilib. 

 

İki saat davam edən görüşdə ötən ilin ixtisaslar üzrə keçid balları, düzgün ixtisas seçimi ilə bağlı suallar cavablandırılıb.