Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 14:30:00
Spiker Oqtay Əsədov "məşhur" bağçadan danışdı: "Araşdırma gedir"

“Azərbaycanda məktəbəqədər təhsillə, xüsusilə uşaq bağçalarındakı vəziyyətin təkmilləşdirilməsi ilə bağlı araşdırmalar gedir”. 

AzEdu.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deputat Fazil Mustafanın ötən gün Bakıdakı uşaq bağçalarından birində tərbiyəçinin uşaqlara fiziki təzyiq göstərməsi barədə fikirlərinə cavab olaraq bildirib. 

MM sədri deyib ki, məktəbəqədər təhsillə bağlı texniki peşə məktəbləri, o cümlədən ali məktəblərdə fakültələr var.

“Amma bu məsələ bir qədər fərqlidir və bununla bağlı araşdırma gedir”.