Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-31 15:00:00
“Sertifikatlaşdırmanın  mahiyyəti müəllimi işdən kənarlaşdırmaq deyil”-Emin Əmrullayev

 

 

“Sertifikasiyanın mahiyyəti ondan ibarətdir ki, müəllimlər daim hazırlıqlı olsun. Bu, müəllimləri işdən kənarlaşdırmaq üçün düşünülməyib. Müəllimin müasir tələblərə cavab verməsi təhsilalanın öyrənməsinə təsir edən amildir. Bu təhsildə ədalətli prosesdir və söz verirəm ki, belə də davam edəcək”.

 

AzEdu.az xəbər verir ki, bu açıqlamanı Təhsil Naziri Emin Əmrullayev Real tv-yə müsahibəsi zamanı edib. O, sertifikatlaşdırmanın  əsas prinsipini də açıqladı:

 

 “Müəllim bu imtahanda iştirak edib tələb olunan səviyyədən aşağı və ya yuxarı olmasını aydınlaşdırır. Tələb olunan səviyyədən aşağıdırsa, əlavə 1 il vaxt verilir ki, həmin tələbə gəlib çatsın.  Təbii ki, müəllimlər sertifikasiya imtahanına görə çox təlaşlanır, lakin hər kəsə mərhəmətli olanda, uzunmüddətli vaxtda səmərəliliyi itiririk”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları