Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-31 11:00:00
Hibrid təhsilin təhlükəli tərəfləri – Ehtiyatlı olaq

 

 

Əgər  virusla yaşamaq məcburiyyətindəyiksə, yeni normallara uyğunlaşmalıyıq. Bu düşüncə ilə məktəbləri hibrid üsulla açmaq ən uğurlu vasitə olacaqdır. Hibrid təhsildə dərslər  həm ənəəvi, həm də onlayn  keçirilə bilər.

 

Belə deyək, hibrid dərslər tətbiq edilərsə, dərslər həftənin müəyyən günlərində ənənəvi qaydada məktəbdə, qalan günlər isə onlayn şəkildə keçiləcək. 

 

Ancaq diqqətli şəkildə hazırlanmazsa, hibrid təhsil ən risklisi  sayıla  bilər.

 

 

Boston Dövlət Məktəbləri tərəfindən hazırlanan hibrid planlamaya nəzər salaq: burada şagirdlər bazarertəsi, çərşənbə axşamı, çərşənbə və ya cümə günləri ənənəvi təhsil alan 2 qrupa bölünürlər. Digər 3-cü qrup isə həftənin 4 günü canlı formada təhsilə cəlb olunur.

Çərşənbə günləri isə məktəblər təmizlənir. Üz-üzə təhsil almadıqları günlərdə onlayn formadan yararlanırlar.

 

Hər şey çox məntiqli səslənir. Bəs o zaman problem nədədir?

 

 

Problem uşaqların uzaqdan təhsil alacaqları günlərdə nə etməli olduqlarıdır. Valideynlərin əksəriyyəti hər gün işə getmək məcburiyyətindədir. Buna görə də övladlarına nəzarət edəcək, evdəki ehtiyaclarını qarşılayacaq birinə ehtiyac olacaq.

 

Hibrid təhsil formasında  şagird və müəllimlər həm ailə üzvləri, həm də məktəbdəkilərlə təmasda olduğu üçün virusun yayılma  ehtimalı daha da artır.

 

Daha dərindən araşdırıldıqda hibrid təhsilin başqa problemlərə də səbəb olacağı üzə çıxır. Belə ki, hibrid təhsil məktəbə qayıdış kimi görünsə də,  məsafədən təhsil və ənənəvi təhsil arasında ustalaşmaq məcburiyyətində olan müəllimlər üçün əlavə yük olacaqdır.

 

Bəs özləri də valideyn olan və övladları fərqli məktəbə gedən müəllimlər necə olacaq?!

 

Məktəblərdəki riski 3 kateqoriya üzrə sıralamaq olar: Şagirdlər üçün risk, uşaqların xəstəliyi yaya biləcəyi riski və bütün toplum üçün risk.

 

Yeni növ koronavirusun azyaşlılara keçmə ehtimalının zəif olduğunu bilirik. Lakin bu ehtimal sıfır faiz də  deyil. Bu risklərlə yanaşı bilməliyik ki, məktəblərin qapalı olduğu müddətdə uşaqlara dəyən zərər virus səbəbindən baş verəcəklərdən daha artıqdır.

 

Müəllimlər, valideynlər və məktəbdə çalışan texniki işçilər üçün bunu demək olmaz.

 

Uzaqdan təhsilin işə yaramadığı valideyn və şagirdlər(yaşı az olan uşaqlar, valideynləri çalışan və qayğıya ehtiyacı olan şagirdlər) üçün ənənəvi təhsilə öncəlik verilə bilər. Bu qərar ehtiyac təməlində alınmalıdır. Digər sahələrdə olduğu kimi təhsildə də pandemiya ilə əlaqədar qəti addımlar atıla bilmir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları