Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-31 10:48:00
“Üstünə bərk qışqırmaqla şagird daha yaxşı öyrənmir”-Nazirdən müəllimlərə tövsiyə

 

“Zaman oxuna qoyub baxsaq, XIX əsrin sonu, XX əsrin əvvəllərində müəllimlər kənddə, qəsəbədə əsas informasiya mənbəyi hesab olunurdular. Hamı onlardan öyrənirdi və buna görə də müəllimlər müqəddəs sayılırdılar. Hətta müəllimlərin yemək yediyinə belə şübhə ilə yanaşırdıq. Bu, davam etməlidir. Müəllimlər əgər indiki dövrdə sosial şəbəkələrlə rəqabət aparırsa, müqavimət göstərirsə həmin şəxsin nə məktəbə, nə müəllimə, nə də təhsil alana faydası ola bilməz. Müəllim İKT ilə əməkdaşlıq edirsə və bu resursdan öyrənmək üçün istifadə edirsə, bu halda inanıram ki, cəmiyyət üçün faydalı nəticə əldə etmək olar”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Naziri Emin Əmrullayev Real tv-yə müsahibəsi zamanı səsləndirib:

 

 “Sinifdə şagird oxumayanda müəllim, valideyn onun üstünə qışqırır və elə düşünür ki, bərk qışqıranda o daha yaxşı öyrənəcək. Təhsil texniki proses deyil, psixolojidir, hafizənin, bacarığın inkişafıdır. Sadəcə oxumağa həvəs olmalıdır. Oxumağa həvəs yaratmaq müəllimin əsas fəaliyyəti olmalıdır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları