Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 13:40:00
Bağçada tərbiyəçilər kişilər olsun – Deputatdan təklif  

Azərbaycanda bağçada tərbiyəçilərin kişilər olması təklif edilir.

AzEdu.az-ın məlumatına görə, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, Yaponiyada bağçalarda tərbiyəçilər ancaq kişilərdən ibarətdir:

“Orada qadınları tərbiyəçi kimi işə götürmürlər, hesab edirlər ki, uşaqların tərbiyəsi ilə kişilər məşğul olsa, daha faydalı olar”.

Deputat Azərbaycanda da bu istiqamətdə sosial araşdırmalara başlamağı təklif edib.