Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-30 15:09:00
Hindistanda məktəblər bu tarixdən tez açılmayacaq

Hindistanda məktəblər 30 sentyabrdan tez açılmayacaq.

AzEdu.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Daxili İşlər nazirliyi məlumat yayıb. Bildirilir ki, bu qərarın verilməsinə səbəb ölkədə koronavirusa yoluxma sayının artmasıdır.

“Məktəb, kollec və təhsil müəssiələri sentyabrın 30-dək bağlı qalacaq. Tədris onlayn və disttant formada aparılacaq”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Hindistanda indiyədək 63 657 nəfər Covid-19-dan dünyasını dəyişib,  3 539 712 nəfər isə virusa yoluxub.(qafqazinfo)