Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-30 09:49:00
Peşə təhsili alanların nəzərinə - QƏRAR VERİLDİ

2020/2021-ci tədris ilində peşə təhsili müəssisələrində qısamüddətli kurslar üzrə dərslər oktyabrın 1-dən başlayacaq.

AzEdu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarında öz əksini tapıb.

Qərara əsasən, peşə təhsilinin bütün səviyyələri üzrə dərslərə isə oktyabrın 15-də start veriləcək.