Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 12:50:00
Təhsil eksperti AMEA prezidenti ilə razılaşmadı – “Akademiya bu işlə məşğul olsa, daha yaxşı olar”  

“Əgər nəzərə alsaq ki, bakalavriat – müvafiq ixtisaslar üzrə geniş prоfilli mütəхəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi, magistratura isə elmi-iхtisas dərəcəsi verən ikinci səviyyəsidir və mütəхəssis hazırlığını həyata keçirən kifayət qədər universitetlərimiz var, deməli, bu baxımdan akademiyanın məhz elmlə, ən uzağı isə elmi-iхtisas dərəcəsi verən magistratura təhsili ilə məşğul olması daha məqsədəuyğun və faydalı olar. Nəyinki qüvvələrini parçalayıb, əlavə sahə ilə məşğul olması...”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Nadir İsrafilov deyib. Onun sözlərinə görə, Akademiya deyəndə hər kəs təhsil barədə deyil, yalnız elm haqqında düşünür:

“Məsələyə ümumi aspektdən yanaşdıqda görürürük ki, akademiya sözü yunancadan tərcümədə elmi təşkilat, müəssisə, cəmiyyət anlamına gəlir. Akademiya sözünün kökü də məhz mifik qəhrəman Akademanın şərəfinə adlandırılan və sonralar Afina yaxınlığındakı müqəddəs zeytun bağında Platon tərəfindən yaradılan eyniadlı fəlsəfə məktəbinin adından götürülüb. Hazırda dünya təcrübəsində müxtəlif təyinatlı – Elmlər Akademiyası, təhsil akademiyaları, ictimai akademiyalar, hətta alimlər üçün elmi klublar var.

Təhsil haqqında Azərbaycan Respublikasının qanununa əsasən, akademiya – müəyyən sahə üzrə ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir. Həmin qanuna görə, universitet–ali təhsilin bütün səviyyələri üzrə genişspektrli mütəхəssislər hazırlığını, əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan çохprоfilli aparıcı ali təhsil müəssisəsidir”.

Nadir İsrafilov qeyd edib ki, “əlavə təhsil prоqramlarını həyata keçirmək” vəzifəsi universitetlə yanaşı həm də akademiyanın səlahiyyətlərinə şamil edilir:

“Yəni qanunvericiliyə əsasən, akademiya üçün bakalavriat səviyyəsi üzrə təhsilin təşkili ilə əlaqədar hər hansı bir yasaq yoxdur. Maraqlıdır ki, həmin eyni təkrar səlahiyyət institutlara da verilir. İnstitut (ali məktəb) – müstəqil və ya universitetlərin struktur bölməsi оlaraq, kоnkret iхtisaslar üzrə ali təhsilli mütəхəssis hazırlığını və əlavə təhsil prоqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.

Əgər nəzərə alsaq ki, bakalavriat – müvafiq ixtisaslar üzrə geniş prоfilli mütəхəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi, magistratura elmi-iхtisas dərəcəsi verən ali təhsilin ikinci səviyyəsidir və mütəхəssis hazırlığını həyata keçirən kifayət qədər universitetlərimiz var, deməli bu baxımdan akademiyanın məhz  elmlə, ən uzağı isə elmi-iхtisas dərəcəsi verən maqistratura təhsili ilə məşğul olması daha məqsədəuyğun və faydalı olar, nəinki qüvvələrini parçalayıb, əlavə sahə ilə məşğul olması...”

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2018-ci il üzrə illik ümumi yığıncağında çıxış edən Akademiyanın prezidenti Akif Əlizadə bildirib ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasında bütün səviyyələr üzrə təhsil təşkil olunur, yalnız bakalavriat səviyyəsi üzrə təhsilin təşkili qalıb. A.Əlizadə, həmçinin, əlavə edib ki, dövlət başçısının bu məsələyə də dəstək verəcəyinə ümid edir.