Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 12:13:00
Xaricdəki universitetlərdən Azərbaycana köçürülən tələbələrin sayı açıqlandı

2018-ci ildə transfer.edu.az portalı vasitəsi ilə bakalavriat və magistratura üzrə 1067 nəfərin sorğusu təsdiq olunub.

AzEdu.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında bildirilir ki, bakalavriat üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna müsbət cavab verilib.