Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-30 16:39:00
Təhsil nazirinin brifinqdə səsləndirdiyi ən vacib sitatlar – Başlanma tarixləri, qaranlıq qalan məsələlər

 

Ötən gün yeni tədris ilinin başlanması ilə bağlı Nazirlər Kabineti yanında Operativ  Qərargahın  brifinqi keçirildi. Brifinqdə Təhsil naziri Emin Əmrullayev iştirak etdi və bu barədə məlumat verdi.

 

Bu, E.Əmrullayevin mətbuat qarşısında Təhsil naziri qismində ilk çıxışı oldu. Brifinqdə aşağıdakı məsələlərə aydınlıq gətirildi:

 

“Təhsil müəssisələrinin açılması nəqliyyatda, iş yerlərində, ailələrində virusun yayılmasına təsir edən amil kimi nəzərə almalıyıq. Amma biz onu da nəzərə almalıyıq ki, təhsil xalqın gələcəyidir və nə olursa olsun, davam etdirilməlidir”.(Emin Əmrullayev)

 

Azərbaycanda tədris ili sentyabr ayının 15-dən başlayır, bu belədir. Təhsil bərpa olunacaq, ancaq xüsusi şərtlər daxilində:

 

 Sentyabrın-15-dən başlayaraq bağçaların fəaliyyətinə start veriləcək. Təbii ki, sarı və narıncı zolaqlar nəzərə alınmaqla onktyabrn 1-dək uşaq bağçalarının sanitar-gigiyena qaydalarına əməl etməklə açılmasını təklif edirik.

 

Məktəbəqədər hazırlıq qruplarında dərslərin ənənəvi qaydada Oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla başlamasını planlaşdırırıq. Bu proses noyabrın 2-dək davam edəcək”.

 

15 sentyabrdan başlayaraq ibtidai siniflərin təhsilə əyani şəkildə başlamasını planlaşdırırıq. Onlar həftədə 2 və 3 dəfə məktəbə gələcəklər. Birinci siniflər təkliflər qəbul olunarsa, 15 sentyabrdan məktəbə gələ bilər. Növbəti ilin martınadək teledərslərin davam etdirilməsini labüd hesab edirik

V-IX siniflər 1 oktyabrdan, X-XI siniflər 15 oktyabrdan həftədə 2-3 dəfə olmaqla ənənəvi formada dərslərə cəlb ediləcəklər.

Ali təhsil müəssisələri 15 sentyabrdan distant formada tədrisə başlayacaq. Oktyabrın 1-dən isə birinci kursların universitetlə tanışlıq üçün ənənəvi dərslərin başlamasını təklif edirik. 2 noyabr tarixindən vəziyyətdən asılı olaraq qərar fərqli verilə bilər

"Peşə məktəblərində təhsil distant formada təşkil ediləcək, peşə ixtisasları üzrə isə əyani tədris nəzərdə tutulur”

Xüsusi məktəblər və ya internat tipli müəssisələr xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan məktəblərdir. Bu müəssisələrin də uşaq bağçaları formatında sentyabrın 15-dən oktyabrın 1-ə qədər müvafiq plan əsasında mərhələli şəkildə açılmasını planlaşdırmışıq”.  

Şagirdlərin yerdəyişməsi prosesi ənənəvi qaydada həyata keçiriləcək.  

Nazir bildirib ki, yeni tədris ilə bağlı bəzi dəyişikliklərin təhsilverənlərin əməkhaqlarına heç bir təsiri olmayacaq.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları