Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 12:35:00
Bakı məktəblilərinin birinci forumu keçirilib  

İyunun 12-də Nizami Kino Mərkəzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Bakı məktəblilərinin birinci forumu keçirilib.

AzEdu.az xəbər verir ki, forumun təşkil olunmasının əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində istedadlı şagirdlərlə aparılan işin əhatə dairəsini genişləndirmək, gənc nəslin düzgün istiqamətdə formalaşmasına töhfə vermək, onların intellektual inkişafını diqqət mərkəzində saxlamaq, istedad və qabiliyyətlərini inkişaf etdirməkdir.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, onların həvəsləndirilməsi, yaradıcılığa və elmə maraqlarının artırılması, nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, şagirdlərin məntiqi biliklərinin möhkəmləndirilməsi, onlara beynəlxalq və yerli olimpiadalarda iştirak təcrübəsinin qazandırılması baxımından son illərdə əldə olunmuş nailiyyətlərdən danışıb.

Daha sonra məktəblilərin ifasında forumun himni səsləndirilib.