Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 10:40:00
Bağça müdiri polis bölməsinə aparılıb  
“2015-ci il noyabr ayının 2-dən etibarən bağçalara lisenziyanı İqtisadiyyat Nazirliyi ASAN Xidmət vasitəsi ilə verməyə başlayıb”.
 
AzEdu.az xəbər verir ki, bunu “Real”a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində, nazirlik uşaqların Firuzə Tağıyeva adlı müəllim tərəfindən döyüldüyü “Kids Studio Uşaq Mərkəzi” adlı  bağçaya lisenziya verməyib.

Abbas Əliyev qeyd edib ki, nazirlik bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızdır.

Son məlumata görə, “Kids Studio Uşaq Mərkəzi”nin müdiri Nigar Müseyibova Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb.

Qeyd edək ki, dünən Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.