Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 18:07:00
Nazir onlayn tədrisdə kompüter və ya internetlə bağlı yaranan problemə münasibət bildirib

“Düşünmürəm ki, hamıya planşet paylamaq məsələni həll edir”.

 

AzEdu.az xəbər verir ki, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Onlayn tədris zamanı regionlarda kompüter və ya internetlə bağlı yaranan problemə münasibət bildirən E. Əmrullayev deyib ki, burada 1 milyon 600 min təhsil alandan və 200 min təhsil verəndən söhbət gedir: “Bunlar yalnız ümumtəhsil sisteminə aid rəqəmlərdir. Onlar Azərbaycanın müxtəlif bölgələrində, bəzi hallarda dəniz səviyyəsindən 2000 m-dən yüksək olan dağlıq ərazilərdəki məktəblərdə yaşayırlar və təhsil alırlar. Biz başa düşürük ki, ölkədə internetin və onlayn təhsilin tədrisi keyfiyyət baxımından daha yaxşı ola bilər. Eyni zamanda qeyd edim ki, mart ayının 3-dən başlayaraq bu günə qədər pandemiya dövründə yaranmış ehtiyaclar səbəbindən təhsil sistemində elektronlaşdırma və rəqəmsallaşdırma həyata keçirilir”.

 

Nazir deyib ki, pandemiya şəraitində təbii ki, problemləri qabartmaq lazımdır: “Həmin problemlərin həlli üçün uyğun addımlar atmağa çalışırıq. Bizim ilk dövrdə özəl şirkətlərlə qurduğumuz əməkdaşlıq şəraitində 30 min, daha sonra 10 min müəllimə İnternet paketləri verilib. Bu paketlərin verilməsi müəllimlərin fəaliyyətini düzgün qiymətləndirməyə də imkan verir”.

 

Təhsil naziri qeyd edib ki, virusun yayılması coğrafiyası ilə internetin əlçatan olmaması coğrafiyası fərqlidir: “Həmin bölgələrdə yoluxma az olarsa, o bölgələrdə daha qısa müddətdə əyani təhsilə keçə bilərik”.

 

Apa