Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 18:04:00
Tədris kurslarının  fəaliyyəti hansı formada və nə zaman  davam etdiriləcək?- RƏSMİ

 

AzEdu.az xəbər verir ki, Təhsil Naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində  tədris kurslarının fəaliyyətinin hansı formada və nə zaman davam etdiriləcəyi  barəsində danışıb:

 

“Mart ayından başlayaraq dərslər onlayn formada təşkil olunsa da, teledərslər də təqdim edildi. Bu il daha artıq dərslərin çəkilməsini planlaşdırırıq. Məzmun baxımından bu dərslərin şagirdlərə lazımlı olduğunu düşünürəm. Bu video dərslər dərsliklərə əlavə olunacaq.

 

Tədris kursları təhsil sisteminin ayrılmaz hissəsidir. Bununla bağlı hələki dəqiq qərar yoxdur. Qərarın verilməsi bugünlərdə gözlənilir. Düşünürəm ki, bu istiqamətdə də yumşalmalara gediləcək. Rəsmi qərarlar hazır olan kimi ictimaiyyətə məlumat veriləcək”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları