Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 17:49:00
Tələbələr üçün dövlət tərəfindən güzəştlər davam edəcək?-Emin Əmrullayev

 

 

“Təxminən 113 min tələbə ödənişli təhsil alır. Onların bir qisminə(15209 tələbəyə) sosial həssas qrup olaraq dövlət tərəfindən güzəşt edildi. Güzəştlər ehtiyac meyarı üzərindən olmalıdır”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Naziri Emin Əmrullayev səsləndirib. O, həmçinin güzəştlərin birinci kurslara da aid ediləcəyini bildirdi:

 

“Təhsil müəssisələrinin maliyyə dayanıqlığı tələbələrin ödənişləri ilə bağlıdır. Toplam olaraq 32000 tələbənin pandemiya dövründə dövlət tərəfindən ödənişləri edildi. Bu güzəşt birinci kursda təhsilə başlayacaq tələbələrə də aid edilir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları