Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 17:22:00
İbtidai sinif və məktəbəhazırlıq qruplarında dərslər bu şəkildə  keçiriləcək - Başlanma vaxtı   

 

“120 minədək uşaq məktəbəqədər hazırlıq qruplarına cəlb olunub. Oktyabrın 1-dən dərslərin həftədə 2 dəfə olmaqla başlamasını planlaşdırırıq. Bu proses noyabrın 2-dək davam edəcək”.

 

AzEdu.az-ın məlumatına görə, Təhsil Naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın  brifinqində 15 sentyabrdan dərslərin hansı qrafiklə başlayacağını açıqladı:

 

“15 sentyabrdan başlayaraq ibtidai siniflərin təhsilə əyani şəkildə başlamasını planlaşdırırıq. Onlar həftədə 2 və 3 dəfə məktəbə gələcəklər. Birinci siniflər təkliflər qəbul olunarsa, 15 sentyabrdan məktəbə gələ bilər. Növbəti ilin martınadək teledərslərin davam etdirilməsini labüd hesab edirik”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları