Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 17:05:00
"Bu qədər ölkədə məktəblər açılıb, digərlərində isə...”- Təhsil naziri  

 

“Martın 3-də ölkəmizdə ilk koronavirusa yoluxma halı aşkarlandı və  ikinci semestrdə təhsil onlayn qaydada davam etdirildi. Növbəti tədris ili başlamazdan əvvəl hər kəsi tədris mərkəzlərinin fəaliyyətini hansı formada davam etdirəcəyi ilə bağlıdır. Bugünki brifinqdə bu sual da cavablandırılacaq”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifiqində səsləndirib.

 

O, dünya ölkələrində təhsillə bağlı son durumu da açıqlayıb:

 

“Dünyada 134 ölkədə təhsillə bağlı qərarlar verilib. 63  ölkədə məktəblər bu və ya digər dərəcədə açılıb. 39 ölkədə isə hələlik bununla bağlı qərar yoxdur. Bu məsələ bütün dünyada müzakirə olunur. Pandemiyada ən az riskli olan model haqda fikirləşməliyik”.

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları