Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 10:20:00
Bağçaların icra hakimiyyətləri, yoxsa, Təhsil Nazirliyinə keçməsi barədə nəsə deyə bilmərəm” - Rektor  

“Kids Studio” uşaq bağçasındakı  hadisədən sonra bağçaların icra hakimiyyətləri, yoxsa Təhsil Nazirliyinin tabeliyinə keçməsi gündəm mövzusu olub.

Bir neçə gün əvvəl Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, professor  Gülçöhrə Məmmədova AzEdu.az-a müsahibəsində bu məsələylə bağlı fikirlərini bildirib.

“Bu barədə danışmaq üçün gərək, məktəbəqədər təhsil ocaqlarını yaxşı tanıyasan, onlarla işləyəsən, məlumatın olsun ki, dediyin söz  hansısa faktlara əsaslansın. Məndə bu faktlar yoxdur. Maraqlanmıram bununla, çünki iş sahəm tam başqadır. Yəni bu məsələdən bir o qədər də məlumatım yoxdur. Sadəcə bir şeyi bilirəm ki, son  illər bizdə məktəbəqədər təhsil  çox inkişaf edib. Yəni  çoxsaylı yeni uşaq bağçaları, bu səviyyədə fəaliyyət göstərən  təhsil ocaqları  yaradılıb”.

Rektorun sözlərinə görə,  belə müəssisələr  uşaqları əvvəl 30% təmin edirdisə, indi bu  60%-dir. Bu göstərici  qısa müddətdə 2 dəfədən artıq çoxalıb.

“Mən bilirəm ki, son 5-6 ildə bu müəssisələr arasında çox  səviyyəli, müasir, maddi-texniki bazası yüksək səviyyədə olanlar yaranıb. Amma “bağçaların icra hakimiyyəti, yoxsa Təhsil Nazirliyi tərəfindən idarə olunması daha yaxşı olar?” sualına gəlincə, bu barədə nəsə  deyə bilmərəm. Çünki burada həm ərazi idarəetmə komponenti, həm də Təhsil Nazirliyi tərəfindən metodika, təhsil  nöqteyi-nəzərindən idarə edilməsi məsələləri var. Hansının daha vacib olduğuna konkret cavab verə bilmirəm, çünki o sahəylə bir o qədər də tanış deyiləm”.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən "Kids Studio” bağçası uşaqların döyülmə videosunun yayılmasından sonra fəaliyyətini dayandırıb