Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 12:55:00
Lerikdə gənc müəllim qəzadə həlak oldu

Lerikdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  AzEdu.az-a verilən məlumata görə, avqustun 26-da saat 18.00 radələrində Lerik rayonunun Züvüç kəndi ərazisində kənd sakini Tamerlan Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Lerik RPŞ tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, Tamerlan Əliyev Lerik Rayonu Orand kənd məktəbinin Texnologiya müəllimi işləyirdi!

 

Allah rəhmət eləsin!