Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 10:08:00
Uşaqlara qarşı zorakılığı ilə gündəmə gələn bağça FOTOLARDA 

Yasamal rayonunda fəaliyyət göstərən "Kids Studio” özəl uşaq bağçası ictimaiyyət arasında daha çox özünün təşkilatçılığı ilə cəmiyyətdə tanınırdı. Hətta may ayının əvvəlində adını çəkdiyimiz uşaq bağçasında İspan günləri də keçirilib. Tədbirdə valideynlər, İspaniya səfirliyindən nümayəndə, ispaniyalı qonaqlar və KİV nümayəndələri iştirak edib.

İyunun 11-də isə "Kids Studio” özəl bağçasında uşaqlara qarşı zorakılığı əks etdirən görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu. Videoda tərbiyəçi Firuzə Tağıyevanın uşaqlara işgəncəsi bütün valideynlərin narahatlığına səbəb olub.

AZEdu.az xəbər verir ki, bu hadisə bir daha onu göstərdi ki, hər hansı məktəbəqədər müəssisədə mədəni tədbirlərlə yanaşı, tərbiyyəvi-humanist  məsələlərə, nəzarətçi və müəllimlərin uşaqlara olan sevgilərinin artırılmasına xüsusi diqqət lazımdır. Bunun üçün isə  bağçaların xüsusi pedaqoji proqramla idarəsi vacibdir. O səbəbdən də, uşaq bağçalarının AR Təhsil NAzirliyinin tərkibində olması, onların bu istiqamətdə inkişafına rəvac vermiş olar.