Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 09:50:00
“Bağçadakı xoşagəlməz hadisə ciddi araşdırılmalı, müvafiq şəxslər...” – Elm və təhsil Komitəsinin üzvü  

“Bağçada baş verən xoşagəlməz hadisə ciddi araşdırılmalıdır”

Bu sözləri AzEdu.az-a açıqlamasında deputat Asim Mollazadə deyib. Onun sözlərinə görə, bağçaların Təhsil Nazirliyinin tərkibinə qaytarılması məsələsi gündəmdə deyil:

“Belə bir təklif barədə mən heç nə eşitməmişəm. Bu səlahiyyətlər hazırda Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bağçada belə bir xoşagəlməz hadisə çox ciddi araşdırılmalı və nöqsanları aradan qaldırmaq üçün müvafiq şəxslər məsuliyyətini dərk etməlidir”.

Asim Mollazadənin sözlərinə görə, bağçaların nazirliyin tabeliyinə verilməsi məktəbəqədər təhsil müəssisələrinin kateqoriyalarından asılıdır:

“Məktəbəqədər təhsil haqqında qanun artıq qəbul edilib. Buna müvafiq olaraq, məktəbəqədər təhsilin kim tərəfindən və necə həyata keçirilməsi qanunda öz əksini tapıb”.

Qeyd edək ki,  media və sosial şəbəkələrdə “Kids Studio” bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayılıb. Uşaqları döyən müəllim işdən azad edilib, bağçanın  fəaliyyəti isə dayandırılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları