Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-24 14:52:00
Pandemiya dövründə təhsil – Görülən işlər

 

 

COVID-19 pandemiyası elan edildikdən sonra əksər ölkələrlə yanaşı, Azərbaycanda da sərt karantin rejimi tətbiq olundu, təhsilin fasiləsizliyini təmin etmək üçün bəzi mexanizmlər işə salındı. Bunlar sırasında orta məktəblərdə onlayn dərslər, virtual dərslərin keçirilməsi, ali məktəblərdə distant təhsil proqramının tətbiqi, onlayn imtahanların, müsabiqələrinin keçirilməsi və s kimi layihələri qeyd etmək olar.

 

Bu metodlar nə dərəcədə effektiv oldu? Şagird və tələbələrin təhsildən uzaq qalmaması üçün daha hansı addımlar atıla bilər? "İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi" İctimai Birliyi tərəfindən icra olunan yeni layihə bu mövzuya həsr olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi hesabına icra olunan layihə karantin dövründə Təhsil Nazirliyinin fəaliyyəti, tədris prosesinin təşkili, məktəblilər üçün təşkil edilən fərqli layihələrdən bəhs edir.  

 

Layihə çərçivəsində pandemiya dövründə tədris prosesinin təşkili ilə bağlı silsilə internet TV verilişləri hazırlanacaq.

 

Bu zaman Azərbaycan televiziyası ilə nümayiş etdirilən teledərslər, məktəb və universitetlərdə distant təhsilin təşkili müzakirə olunacaq. Həmçinin, Təhsil Nazirliyinin bu ilin aprelindən başladığı “Virtual məktəb” layihəsi də qiymətləndiriləcək.

 

Digər maraqlı məsələ - pandemiya dövründə imtahanların təşkili ilə bağlı da fikir mübadiləsi aparılacaq.