Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-11 18:10:16
İcra başçısı uşaqlar döyülən bağçaya gəldi     

Xəbər verdiyimiz kimi, Bakıdakı məşhur özəl bağçalardan birində-“Kids Studio”da uşaqlara qarşı kobud rəftarın videogörüntüləri yayılıb.  

AzEdu.az xəbər verir ki, “qafqazinfo”nun əməkdaşları sözügedən bağçaya yollanıblar.  

Məlum olub ki, hazırda Yasamal rayonunda yerləşən bağçada uşaqların əksəriyyəti evə yola salınıb. Əraziyə toplaşan jurnalistlərə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, bağça rəhbərliyi yaxın dəqiqələrdə mətbuata açıqlama ilə çıxış edəcək.  

Jurnalistləri içəri buraxmayan bağça əməkdaşları özləri də çölə çıxmamağı üstün tuturlar. Bu arada jurnalistlər öyrənə bilib ki, bağçada bir uşaq üçün aylıq ödəniş haqqı 250 manat təşkil edir.

Uşaqlara qarşı kobud davranan şəxsin Firuzə Tağıyeva adlı tərbiyəçi olduğu deyilir.  

Artıq məsələ böyük rezonansa səbəb olub, elə bunun nəticəsi kimi də Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da bağça ərazisinə gəlib.