Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-24 18:12:00
MDU qlobal pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərində fəal iştirak edir - FOTOLAR

COVID-19 infeksiyası ilə mübarizə istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü və sistemli tədbirlərə töhfə verilməsində Mingəçevir Dövlət Universiteti (MDU) də yaxından iştirak edir.

 

AzEdu.az xəbər verir ki, MDU-nun bir qrup əməkdaşı Mingəçevir şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən birgə həyata keçirilən kütləvi maarifləndirmə işində fəallıq göstərir.

 

Bu fəaliyyətə cəlb olunan universitet əməkdaşları şəhər sakinlərini Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri ilə bir daha tanış edirlər. Vətəndaşları karantin rejiminin tələblərinə riayət etməyə çağıran MDU əməkdaşları tibbi maska taxmağın, sosial məsafə saxlamağın və dezinfeksiyaedici məhlullardan mütəmadi istifadənin vacibliyini diqqətə çatdırırlar.

 

Təbliğat fəaliyyəti çərçivəsində şəhər sakinlərinə müvafiq maarifləndirici broşuralar paylanılır.