Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-24 17:03:00
Övladınızı yenidən məktəbə göndərmədən əvvəl düşünməli olduğunuz 5 VACİB məsələ-Xəbərdarlıq

Virus yaxın zamanda yox olmayacağı təqdirdə övladınızı hansı şərtlər çərçivəsində yenidən məktəbə göndərərsiniz? Avqust ayının sonlarındayıq. Məktəblərin hər zamanki açılma tarixi yaxınlaşır. Uşaqların güvənli məkanda təhsil almaq əsas hüquqlarından biridir. Təbii ki, distant təhsil ənənəviyə rəqib və ya alternativ ol bilməz. Şagirdlərin bir ekran arxasından daha artıq öyrənməyə ehtiyacı var.

 

Məktəbləri güvənli bir yer olaraq görmək xəyal olmamalıdır. Təəssüf ki, ABŞ-da hələ də COVİD-19 virusu sürətlə yayılmaqdadır. Dövlət məktəblərinə yetərincə tibbi dəstək göstərilmir. Əlavə olaraq da yaxın günlərdə koronavirusun azyaşlı və yeniyetmələr arasında da yayıla biləcəyi təsdiqləndi. Onlar da virusa qarşı həssas qrupa aid edildilər.

 

Valideynlərin bütün bu xaos vəziyyətindən sonra üzərinə böyük yük düşür. Övladlarını məktəbə göndərsinlər ya yox? AzEdu.az türk mediasına istinadən vacib detalları təqdim edir:

 

  1. Ətrafımıza baxmalıyıq. Məktəbdəki insan sayı 500-dən artıqdırsa, ən azı 1 şəxsin COVİD-ə yoluxmuş olacağını rahatlıqla söyləmək olar.

 

  1. Məktəbin virusa qarşı həyata keçirdiyi profilaktik tədbirlərə diqqət etmək lazımdır. Rəhbərlik maska taxmağı məcburi edəcəkmi? Həssas müəllim və şagirdləri qorumaq üçün hansı tədbirlər düşünülüb?

 

  1. Övladınızın və özünüzün sağlamlıq dərcəsini müəyyənləşdirməliyik. Əgər övladınızın xroniki xəstəliyi varsa, evdə də yaşlı nənə və baba yaşayırsa, məktəbə göndərmək böyük risk olar.

 

  1. COVİD-19 virusundan qorunmağın vacibliyini vurğulasaq da, uşaqların evdə sosial, duyğusal, fiziki olaraq yaşayacağı çətinliyi də unutmaq olmaz.

 

  1. İşləyən valideynlər övladlarını məktəbə göndərməyə məcburdurlar. Buna görə də məktəblər açılanda ilk bu şagirdlər getməlidir.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları