Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-11 16:30:00
Uşağı vəhşicəsinə döyən "tərbiyəçi" işdən qovuldu - Bağça bağlandı (VİDEO)
Bakıda fəaliyyət göstərən "Kids Studio” bağçası uşaqların döyülmə videosunun yayılmasından sonra fəaliyyətini dayandırıb.
 
AzEdu.az xəbər verir ki, bağçadan axar.az-a verilən məlumata görə, uşaqları döyən müəllim də işdən azad edilib.
 
"Həmin görüntülərdə müəllimə uşağı döymür, sadəcə, silkələyir, divara tərəf atır. Bağçanın fəaliyyəti bu gündən etibarən dayandırılıb”, - bağçadan bildirilib.
 
Qeyd edək ki, bu gün Azxəbər.com saytı "Kids Studio” bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayıb.